Siyasət

Cəbhədən YENİ XƏBƏR

9 Mart 2019 09:41
4 Şərh     Baxış: 404

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az

Şərh yaz:

4 Şərh:

  • Anonim
    melek b · 9 Mart 11:1440

    Tanri sizleri qorusun Azerbaycan esgeri Amin

    Cavab yaz
    • Anonim
      ❤️Ebru❤️ · 9 Mart 13:2640

      Amin canim senin qardasinda onlarin icinde amin amin.(******)

      Cavab yaz
      • Anonim
        melek b · 9 Mart 13:4220

        can Ebru Allah senin de ezizlerini qorusun Amin|(***)

        Cavab yaz
  • Anonim
    Daglı · 9 Mart 14:2030

    Uçquna düşən hərbçilərimizin taleyi haqqında xəbər olmadı görəsən?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.