Siyasət

Messi milli komandaya qayıtdı

2 Mart 2019 13:14
0 Şərh     Baxış: 789

"Barselona"nın hücumçusu Lionel Messi yenidən Argentina millisinə qayıdıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Messi, Argentina yığmasının Venesuela və Mərakeşlə keçirəcəyi yoxlama oyunları üçün heyətə çağırılıb.

Messi DÇ-2018-dən sonra Argentina millisinin keçirdiyi oyunlara dəvət almamışdı.

Argentinalı hücumçu, İspaniya mətbuatına açıqlamasında, bir müddət milli komandada oynamaq istəmədiyini demişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.