Siyasət

Albaniya prezidenti: "TAP İon-Adriatik qaz kəməri layihəsinin reallaşdırılması üçün zəmin yaradıb"

21 Fevral 2019 19:07
Baxış: 619

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) İon-Adriatik qaz kəməri (IAP) layihəsinin reallaşdırılması üçün zəmin yaradıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Albaniya prezidenti İlir Meta deyib.

Prezidentin sözlərinə görə, TAP-ın bir qolu olan IAP Azərbaycan qazının Monteneqro və Bosniya və Herseqovinadan keçməklə Albaniyadan Xorvatiyanın Split şəhərinə nəqlini nəzərdə tutur:

"Hazırda uğurlu texniki-iqtisadi əsaslandırmadan sonra Albaniya və Monteneqro hökumətləri Avropa İttifaqından layihənin icrası üçün 2,5 milyon avro məbləğində qrant alıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.