Siyasət

ATƏT PA prezidenti: "Qarabağ münaqişəsinin həlli üçün səyləri ikiqat artırmaq lazımdır"

21 Fevral 2019 17:15
0 Şərh     Baxış: 749

ATƏT məkanında həll olunmamış münaqişələrin nizamlanması üçün səyləri ikiqat artırmaq lazımdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli Vyanada ATƏT PA-nın qış sessiyasının açılışında deyib.

ATƏT PA-nın prezidenti çıxışı zamanı Cənubi Qafqazdakı münaqişələrin hələ də həll olunmamış qaldığını qeyd edib.

"Yüksək səviyyədə Dağlıq Qarabağ münaqişəsinin həlli və onun ətrafındakı gərginliyin azaldılması üçün intensiv səylər göstərilir, eyni zamanda Gürcüstandakı münaqişənin həllində heç bir irəliləyiş yoxdur", - G.Tsereteli deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.