Siyasət

ATƏT baş katibi: "Azərbaycan və Ermənistanın əhalinin sülhə hazırlanmasına sadiqliyi çox ümidverici siqnaldır"

21 Fevral 2019 16:40
1 Şərh     Baxış: 724

Azərbaycan və Ermənistanın əhalinin sülhə hazırlanmasına sadiqliyi çox ümidverici siqnaldır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ATƏT-in baş katibi Tomas Qreminger Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyasında deyib.

T.Qreminger bildirib: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində Minsk prosesində irəliləyiş görməyə ümid edirik. Azərbaycan və Ermənistan rəhbərliyinin əhalinin sülhə hazırlanmasına sadiqliyi çox ümidverici siqnaldır.

Mən mövcud olan bütün vasitəçilik formatlarında birgə konstruktiv iş üçün səylərimizin fəallaşdırılmasının vacibliyini vurğulamaq istərdim".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.