Siyasət

Rusiyalı nazir: "Rusiya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq inkişaf etməlidir"

20 Fevral 2019 18:07
Baxış: 743

"Rusiya və Azərbaycan hər iki ölkə qarşısında bərabər səviyyədə dayanan tapşırıqların həlli üzərində birgə işləyə bilərlər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın elm və ali təhsil naziri Mixail Kotyukov deyib.

M.Kotyukov bildirib ki, ölkə universitetləri arasında birgə proqramların formalaşdırılması ilə bağlı ciddi əməkdaşlıq var:

"Bu cür beynəlxalq əməkdaşlıq inkişaf etməlidir və həm təhsil, həm də tədqiqat hissələrini əhatə etməlidir. Həm Rusiya, həm də Azərbaycan qarşısında yeni çağırışlar dayanıb. Bu praktiki tapşırıqların həlli üzərində biz birgə çalışa və gənc tədqiqatçların kollektivini yarada bilərik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.