Siyasət

Səfir: "Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq"

20 Fevral 2019 09:15
Baxış: 663

Azərbaycan hər zaman Litvanın vacib tərəfdaşı olub və olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas Litvanın dövlət müstəqilliyinin bərpasının 101-ci illiyinə həsr olunmuş qəbul zamanı deyib.

Səfir bildirib ki, Litva və Azərbaycan siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində sıx əməkdaşlıq edir: "Biz əlaqələrimizi daha da yüksək səviyyəyə kimi möhkəmləndirməkdə davam edirik. Hökumət nümayəndələrimizin səfərləri, dövlətlərarası komissiyanın iclaslarını, bələdiyyə nümayəndələrinin, biznes təmsilçilərinin səfərlərini təşkil edirik".

Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, öz növbəsində, deyib ki, Azərbaycan Litva ilə əlaqələrə xüsusi əhəmiyyət verir: "Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Diplomatik əlaqələrin qurulmasından sonra Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edib. Biz bir daha Litvaya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyinə dəstəklədiyi üçün təşəkkürümüzü bildiririk".

M.Məmməd-Quliyev gələcək dövrün ölkələr arasında münasibətlərin inkişafı üçün daha da əlamətdar olacağına ümidvar olduğunu bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.