Siyasət

"Ankara ilə Bakı arasındakı münasibətlər sürətlə inkişaf edir" - Türkiyə prezidentinin köməkçisi

19 Fevral 2019 16:47
Baxış: 697

Türkiyə və Azərbaycan liderlərinin səyləri nəticəsində Ankara ilə Bakı arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidentinin köməkçisi Yalçın Topçu deyib.

Onun sözlərinə görə, ən çətin vaxtlarda Azərbaycan və Türkiyə bir-birini dəstəkləyib:

"Türkiyə ilə Azərbaycanın münasibətləri əvvəlki kimi bütün istiqamətlərdə inkişaf edəcək".

Y.Topçu əlavə edib ki, ölkələr təhsil sahəsində də fəal əməkdaşlıq edir və Türkiyədə 20 min azərbaycanlı, Azərbaycanda isə 4 min türkiyəli tələbə təhsil alır.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.