Siyasət

"Minsk qrupunun həmsədrlərinin bundan başqasına gücü çatmır" - Lavrov

19 Fevral 2019 15:50
0 Şərh     Baxış: 1 188

"ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız Dağlıq Qarabağ münaqişəsi üzrə dialoq üçün şəraitin yaradılmasına kömək edə bilərlər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, slovakiyalı həmkarı Miroslav Layçakla birgə mətbuat konfransında deyib.

S.Lavrov Rusiya, ABŞ və Fransadan olan həmsədrlərin sıx təmasda olduqlarını bildirib:

"Onlar artıq Azərbaycan və Ermənistan liderləri ilə görüşüblər, xarici işlər nazirləri ilə yeni təmaslara hazırlaşırlar. Ermənistanda yeni hakimiyyətin bu yaxınlarda formalaşdığını nəzərə alsaq, şübhəsiz ki, bu mərhələdə nizamlanma prosesinin nə dərəcədə intensiv və dərin inkişaf edə biləcəyini anlamaq üçün əlavə vaxt tələb olunur. Bir daha təkrarlayıram ki, həmsədrlər və ATƏT yalnız dialoq üçün şəraitin yaradılmasına kömək edə bilərlər, qərar isə əlbəttə ki, dialoq zamanı, tərəflər arasında birbaşa danışıqlarda qəbul olunmalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.