Siyasət

ATƏT sədri Azərbaycana səfər edəcək

19 Fevral 2019 15:41
0 Şərh     Baxış: 630

"ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparmaq üçün Azərbaycana və Ermənistana səfər edəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu M.Layçak Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

O qeyd edib: "Məhz bu məsələlərin müzakirəsi üçün martın birinci yarısında Bakıya və Yerevana səfər etməyə hazırlaşıram. Azərbaycandan və Ermənistandan dəvətim var".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.