Siyasət

Çeçenistan müxalifətinin lideri Azərbaycana müraciət etdi: “Çeçenləri təxribata çəkirlər...”

17 Fevral 2019 17:50
0 Şərh     Baxış: 1 731

Mən çeçen və Azərbaycan xalqlarını təxribatlara uymamağa və iki qardaş xalq arasında nifaq toxumları səpməyə imkan verməməyə çağırıram.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu özünün "Facebook" sэhifəsində canlı yayımda Çeçenistan İçkeriya Respublikasının keçmiş rabitə naziri və müxalifət liderlərindən biri Səid Emin İbrahimov bildirib.

Məşhur çeçen ictimai xadimin sözlərinə görə, azərbaycanlılarla çeçenləri çəkmək istədikləri təxribat cidd-cəhdlə hazırlanıb.

"Biz bu cür təxribatlara uymamalıyıq. Mən Azərbaycan xalqını çox sevirəm. Müharibə vaxtı taleyin hökmü ilə Azərbaycanda idim. Biz azərbaycanlıların çeçenləri necə qarşıladığını və bizə görə necə həyəcan keçirdiklərini görürdük. Çeçenlər çox alicənab xalqdır və xeyirxahlığı unutmurlar", - İbrahimov deyib.

Səid Emin İbrahimov əlavə edib ki, ilk dəfə döyülmüş çeçenin videosunu görən zaman bərk həyəcanlanıb və qisas hissi onu boğub. Lakin sağlam düşüncəli insan anlamalıdır ki, bu, xalqlar arasında nifaq yaratmaq məqsədi güdən təxribatdır.

"Heç kimin insanları millliyyətinə görə təhqir etməyə ixtiyarı yoxdur", - o qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.