Siyasət

Nazir Azərbaycan-çeçen münasibətlərindən danışdı: Bu narazıçılığın yeganə çıxış yolu... - VİDEO

17 Fevral 2019 13:12
0 Şərh     Baxış: 2 154

Çeçen və Azərbaycan xalqları böyük mədəniyyətin sivilizasiyaların davamçılarıdır. Bu zənginlik iki möhkəm qardaşlıq əlaqələrinə çevrilib. Hər hansı cinayət hadisəsini, xuliqanlığı sosial şəbəkələrdə yayamaq istəyənlər iki qardaş xalqın dostluq əlaqələrini poza bilməyəcəklər.

Milli.Az xəbər verir ki, bunu Çeçenistanın Mətbuat və informasiya naziri Canbulat Umarov İctimai TV-yə açıqlamasında bildirib. 

Nazir deyb ki, Çeçenistanda beynəlxalq terrorçuların yaratdığı fitnə, çeçenlərin həlak olduqları zaman azərbaycanlıların onlara açdığı isti qardaşlıq qucağını heç bir zaman unutmayacaqlar: "Moskva və başqa yerlərdə kriminal münaqişələr baş verən zaman onların məqsədi mənəvi inkişaf, mədəniyyətin nümayişi deyil. Bunların əsas məqsədi pul qazanmaq hərisliyi, insanları cinayətkarlığa sövq etməkdir. Çeçen və Azərbaycan xalqı böyük sivilizasiyanın, mədəniyyətin davamçılarıdır.

Bu zənginlik atadan oğula, oğuldan nəvəyə ötürülə-ötürülə indiki möhhkəm qardaşlıq və dostluq əlaqələrinə çevrilib. Hər hansı cinayət hadisəsini, xuliqanlığı sosial şəbəkədə hansı formada şərh edilməyindən asılı olmayaraq yaymaq istəyənlər iki qardaş xalqın əlaqələrini, dostluq münasibətlərini poza bilməzlər. Bu əlaqələr yüzilliklərə söykənir. Biz ulu öndər Heydər Əliyev və böyük Əhməd Hacı Kadırovun davamçılarıyıq. Biz düşmənçilik kimi bir ayıb əmələ yol verə bilmərik. Biz müasir, mədəni xalqlarıq. Qeydə alınan xırda narazıçılıqları münaqişələrlə deyil, atalarımızın bizə miras qoyduğu kimi çay süfrəsi arxasında həll etmişik. Mən azərbaycanlıları və çeçenləri müqəddəs "Qurani Kərim"də deyildiyi kimi məyus olmamağa çağırıram.

Bu narazıçılığın yeganə çıxış yolu qardaşca görüş, bir-birini anlamaq və hörmət etməkdir. Bu, bizim əcdadlarımızdan qalan bir mirasdır. Azərbaycan və Çeçenistan respublikasna sülh arzulayıram".

Milli.Az  

Videonu izləmək üçün şəklə klikləyin:

Çeçen nazir Azərbaycan-çeçen münasibətlərindən danışır

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.