Siyasət

Elmar Məmmədyarov Almaniya kanslerinin məsləhətçisi ilə görüşüb - FOTO

16 Fevral 2019 23:54
0 Şərh     Baxış: 921

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federal Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə məsləhətçisi Yan Heker ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə tərəflər Almaniya və Azərbaycan arasında mövcud olan əməkdaşlıq münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi apardılar və ikitərəfli əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə ediblər.

Nazir Elmar Məmmədyarov qarşı tərəfə bölgədə sülh və təhlükəsizliyə ən böyük maneə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verib.

Tərəflər, habelə qarşılıqlı maraq və narahatlıq kəsb edən regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.