Siyasət

Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşdü

15 Fevral 2019 21:31
Baxış: 712

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 15 fevral tarixində xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü, Bundestaqın xarici siyasət məsələləri üzrə komissiyanın üzvü və CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) parlament qrupunun sədr müavini Yohan Vadeful ilə görüşdü.

Milli.Az bildirir ki, tərəflər Azərbaycan və Almaniya arasında mövcud olan əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi apardılar.

Görüş zamanı bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və infrastruktur layihələri müzakirə edildi. Bölgədə dayanıqlı inkişafın və rifahın təmin olunması baxımından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin əhəmiyyəti vurğulandı və nazir Elmar Məmmədyarov tərəfindən münaqişənin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə Bundestaqın üzvünə məlumat verildi.

Tərəflər, həmçinin regional və qlobal təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi apardılar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.