Siyasət

Ramiz Yunus, sən deyilsən o yaramaz?

14 Fevral 2019 12:16
Baxış: 3 175

Ukrayna mediasında "amerikalı politoloq", Azərbaycan müxalifətində "Birləşmiş Ştatların konqresmenləri və senatorları arasında nüfuz sahibi", Ermənistan mediasında "məşhur azərbaycanlı siyasətçi" kimi tanınan Ramiz Yunus son vaxtlar yenidən fəallaşıb. O, sürəkli olaraq müsahibələr verir, açıqlamalarla çıxış edir, bu və digər məsələlərlə bağlı sosial şəbəkələrdə canlı yayımlara qatılaraq rəy bildirir.

Ramiz Yunus özünü "təcrübəli siyasətçi və geniş erudisiyalı analitik" kimi təqdim edir.

Bütün çıxışlarında da o, Azərbaycandakı mövcud hakimiyyəti hədəfə alır, xalqın "demokratiya istədiyini, amma demokratiya üçün yetişmədiyini" deyir - bir sözlə, "siyasi fəallıq"la məşğul olur.

Ona bələd olmayanlar, xüsusilə də gənclər Ramiz Yunusu, gerçəkdən də, ciddi fiqur kimi qəbul edə bilərlər.

Halbuki mərhum Əbülfəz Elçibəy bu adamı dəqiq səciyyələndirmişdi: "Ramiz Yunus əsl bambılı və qurumsaqdır".

"Rədd eləyin o qurumsağı buradan!"

Əbülfəz Elçibəy Azərbaycan prezidenti olduğu dönəmdə onun açıq antipatiya bəslədiyi, qarşılaşmaq və ümumiyyətlə, kəlmə kəsmək istəmədiyi adamlar vardı. Belələri az deyildi. Lakin ölkə parlamentinin o dönəmdəki sədri İsa Qəmbər ilə Ə.Elçibəy arasında əvvəl soyuq münasibətlər səviyyəsində olan, sonra az qala açıq qarşıdurmaya çevrilən "təmaslar"da tərəflərdən hər biri öndəki "mehriban düşmən"inin mövqelərini zəiflətməyə çalışırdı.

Ramiz Yunus da bu qarşıdurmada "piyada" qismində istifadə edilən önəmsiz fiqurlardan biri idi.

Bunu həmin dönəmlərdə hakimiyyətdə təmsil olunan hər kəs bilir. Pənah Hüseyn, İsgəndər Həmidov, Əli Kərimli doğrudanmı Ramiz Yunusun ünvanına səsləndirilən təhqirləri, bu adamın mənəviyyatdan kənar davranışını səciyyələndirən kəlmələri unudublar?!

Bəyəm məhz Ramiz Yunusa görə Əbülfəz Elçibəylə Pənah Hüseyn arasında mübahisə olmamışdı?!

Həmin mübahisə əsnasında Ə.Elçibəy demişdi: "Pənah bəy, nə edirsən et, amma o adamı bir də görmək istəmirəm. Rədd eləyin o qurumsağı buradan!"

Məhz bu sözlərdən sonra R.Yunus Nazirlər Kabinetindəki vəzifəsindən qovulmuş, onun başçılıq etdiyi İşlər İdarəsi ilə ləğv olunmuşdu.

Daha sonra Milli Məclisdə çalışmış Ramiz Yunus barədə Hikmət Hacızadə dəqiq "xasiyyətnamə" vermişdi: "Bu yaramaz telefon, nömrə alverçisidir!"

Ramiz Yunus son vaxtlar sürəkli olaraq özünü "AXC-nin sabiq funksionerlərindən biri" kimi təqdim edir.

Lakin həqiqət budur ki, nə Ramiz Yunus, nə qardaşı Arif Yunus, nə də onun qardaşının arvadı Leyla Yunus heç vaxt (!) AXC üzvü olmayıblar. Əksinə, bu "trio" həmişə AXC-yə nifrət edib və bunu da AXCP-nin indiki lideri, Facebook-da "yaşayan" Əli Kərimli hələ də ya dərk etmir, ya da dərk edərək ört-basdır edir və Yunuslardan faydalanmağa üstünlük verir.

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun Ramiz Yunus barədə dedikləri də məlumdur: "Ramiz Yunus qanacaqsız, cılız varlıqdır. O, Əlikrəm Hümbətovun tulası olub. Onu indi danışdıranlar var. Ə, yeri get ağlını yığ başına, ailənə yiyəlik elə, ayıbına kor ol! Belə qanı qanımızdan olan məxluqlara fikir vermirəm"

Erməni anasını osetinə döndərən sabun alverçisi

Ramis Yunus, yəni Yunusov Ramiz  Seyfulla oğlu 3 noyabr 1959-cu ildə Bakıda şəhərində anadan olub. Atası Seyfulla Yunusov əslən ismayıllı rayonunun Zərnava kəndindədir və erməni ailəsində tərbiyə olunub.

Anası Arşaluys Arsenovna Barseqyan əslən Martuni rayonunda doğulub, sonra Bakı şəhəri Nərimanov rayonunda yaşayıb.

Leyla Yunusun əri Arif Yunusun qardaşı olan Ramiz Yunusun yaxın qohumları indiyə qədər Ermənistanda, Dağlıq Qarabağda, Rusiyada yaşayır. Məsələn, R.Yunusun dayısı - Suren Barseqyan ölənə qədər ermənilərin işğal etdiyi Şuşa şəhərində yaşayıb. Onun uşaqları, yəni Yunusun dayısı uşaqları Arsen, Erik, Armen, "Surik dayını"nın" arvadı Kamilla və qızı indiyə qədər erməni işğalı altındakı Şuşa şəhərində sakit həyat sürür. İki xalası - Nadya Gevorkyan və Siran Barseqyan əri Qrişa ilə bu yaxın zamana qədər Rusiyanın Krasnodar şəhərində yaşayıb.

Sənədlərini dəyişdirmək və kobud saxtalaşdırma sayəsində R.Yunus öz erməni köklərindən qurtarmağa çılışıb. Onun şəxsiyyət vəsiqəsində anası Arşaluys Arsenovna "Dağıstanda doğulmuş osetin Asiyat Əsgərova" kimi qeyd olunub.

Ramiz və Arif Yunusların iki qardaşları da var. Onlardan 63 yaşlı Vaqif Seyfulla oğlu Yunusov (Barseqyan) Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun sabiq əməkdaşıdır. İrina Pavlovna Yunusova (Barseqyan) ilə evli olan Vaqifin 30 yaşlı Sabina və 25 yaşlı İradə adlı iki qızı var.

Ailənin sonbeşiyi, 57 yaşlı Raqif Seyfulla oğlu Yunusov (Barseqyan) da Bakıda yaşayır.

Azərbaycan Xalq Cəbhəsi (AXXC) hakimiyyətdə olduğu dönəmlərdə ən rüşvətxor, yaramaz, yalançı və səhlənkar məmurlardan biri kimi ad çıxarmış Ramiz Yunus, yəni Ramiz Barseqyan sənədləri saxtalaşdıraraq erməni anası Arşaluysu "osetin Asiyat"a döndərəndən sonra alverçilik edirdi. O, Bakıdakı milis idarələrində "importnı" sabun və şampun alverçisi kimi tanınırdı.

Natalya Borisovna Sibarina ilə evlənmiş Ramiz Yunusun 36 yaşlı Ruslan və 28 yaşlı Fərman adlı iki oğlu var.

Azərbaycanın sabiq Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət Komitəsinin əməkdaşı olmuş Ramiz Yunus sovet dönəmində Yəmənə xidməti ezamiyyətə göndərilir. Neftçıxarma sahəsində mütəxəssis və eyni zamanda SSRİ Geologiya Nazirliyinin ezam etdiyi əməkdaş kimi o, Yəməndə erməni Gevorq Qabrielyanın "buyruq qulu" kimi çalışıb.

Sumqayıtda ermənilər qırğın törədəndə "vəhşi azərbaycanlılar"ı pisləyən və söyən Ramiz Yunus Yəməndə işlədiyi müddətdə soydaşlarından uzaq durur, həmişə ermənilərlə ünsiyyətə üstünlük verirdi.

Ayaz Müttəlibovun devrilməsindən və AXC-nin hakimiyyətə gəlməsindən sonra Ramiz Yunus çox paradoksal şəkildə Nazirlər Kabinetinin işlər idarəsinin müdiri təyin olunur. Amma oradan qovulur və Milli Məclisin o dönəmdəki spikeri, yaxın dostu İsa Qəmbərin qərarı ilə parlamentin işlər idarəsinə müdir təyin olunur.

Həmin dönəmi xatırlayıram: Ramiz Yunus parlament binasında gün eynəyini çıxarmadan dolaşırdı və bu səbəbdən onu jurnalistlər "əyalət mafiozu" adlandırırdılar.

Bahalı, "brend" geyimlər geyinən, Bakıdakı restoranlarda əylənməyi sevən, bəzənsə səhərədək eyş-işrət məclislərində olan Ramiz Yunus o dövrlər İsa Qəmbərin "sağ əli", "Boz Kardinal" kimi tanınırdı. O, İsa Qəmbərin "özəl" və "pikant" göstərişlərini də yerinə yetirirdi.

1998-ci ildə isə Ramiz Yunus Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq edib. Onu FTX-nın generalları ilə tanış edən isə Rusiya Ədliyyə Nazirliyinin həmin dönəmdəki əməkdaşı, Azərbaycanda "Moskvanın adamı" kimi tanınmış İlqar Qasımov idi. Ramiz Yunusu və ailəsini Misirə "lüks istirahət"ə yollayan, bütün xərcləri çəkən də İ.Qasımovdu.

... Ramiz Yunusun "fəallaşması"nın əsas səbəbi xarici ölkələrə sığınan, özlərini "siyasi fəal" və "müstəqil bloqer" adlandıran bəlli şəbəkəyə ayrılan maliyyə, məlum xarici təşkilatların diqqətinin güclənməsidir. Həmişə Ermənistanın maraqlarından çıxış edən, erməni mənafeyi güdən Ramiz Yunusun indi "Azərbaycan xalqının maraqları"ndan bəhs etməsi ən azı mənəviyyatsızlıqdır.

Ramiz Yunusun indi "dəstəkləməyə" çalışdığı, daha doğrusu, bunu nümayiş etdirəmyə can atdığı AXCP sədri Əli Kərimli bir zamanlar "islaholunmaz adam" adlandırdığı şəxslə işbirliyinin səbəblərini açıqlamalıdır.

Ona hələ də inanan, onu "lider" sayan kəslərə heç olmasa...

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.