Siyasət

Millət vəkili: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar ölkəmizin inkişafına gətirib çıxarıb"

14 Fevral 2019 09:58
Baxış: 426

Ümumilikdə 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda başlayan islahatlar ölkəmizin bugünkü inkişafına gətirib çıxarıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar, xüsusilə də regionların inkişafı istiqamətində icra olunmuş dövlət proqramları son 15 ildə Azərbaycan iqtisadiyyatının yüksək dinamika ilə inkişafını təmin edib.

A.Hüseynov vurğulayıb ki, görülən işlər nəticəsində Azərbaycanın ümumi daxili məhsulu 3.3 dəfə, valyuta ehtiyatları isə 24 dəfə artıb.

Deputat qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı yürüdülən siyasət ötən illər ərzində ölkə iqtisadiyyatının şaxələnməsinə, qeyri-neft sektorunun inkişafına möhkəm zəmin yaradıb: "Ümumilikdə regionların inkişafı strategiyasının başlanmasından indiyədək 1 milyon 300 mindən artıq iş yeri açılıb, onlardan təxminən 1 milyonu daimi iş yeridir. Regionların inkişafı ilə bağlı strategiyanın davam etdirilməsi bölgələrdə işsizliyin səviyyəsinin azalmasına mühüm təsir göstərib".

A.Hüseynov deyib ki, ötən illər ərzində Azərbaycanın həyata keçirdiyi iri Bakı-Tbilisi-Qars kimi iri həcimli nəqliyyat layihələri sayəsində ölkəmiz Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib:

"Görülən bu işlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, ölkəmizə yeni investisiyaların cəlb edilməsinə də şərait yaradıb. Eyni zamanda ölkəmizdə görülən bütün bu işlər, yaradılan əlverişli biznes mühiti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankının son "Doing Business" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci mövqedə dayanıb. Bu onu deməyə əsas verir ki, Azərbaycanda həyata keçirilən iqtisadi strategiya çox düzgündür və birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları özünü tamamilə doğrultdu".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.