Siyasət

İƏT ölkələrinin Gənclərlə iş üzrə İlk Fəaliyyət Planı qəbul edildi - FOTO

13 Fevral 2019 18:30
1 Şərh     Baxış: 653

Bu gün Ciddədə öz işini bitirən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər siyasəti üzrə Daimi komitəsinin iclasında İƏT tarixində ilk dəfə Gəncliyin inkişafı üzrə Hərtərəfli Fəaliyyət Planın;n layihəsi qəbul edilib.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzindən Milli.Az-a verilən məlumata görə, İƏT Baş Kaibliyində birinci iclasına toplanan Gənclik siyasəti üzrə Daimi Komitə ötən il Bakıda keçirilən İƏT Gənclər və İdman nazirləri (GİN) Konfransının qərarı ilə yaradılıb. İƏT GİN Şurasına sədrliyin Azərbaycana keçdiyi həmin konfransda qəbul edilmiş İƏT Gənclik Strategiyasının icrası üçün qeyd olunan Fəaliyyət planının hazırlanması qərara alınmışdı.

Komitənin işinə sədrlik edən AR XİN-in Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İskəndərov öz çıxışında qeyd edib ki, ötən müddət ərzində Azərbaycanın Şuraya sədrliyi çərçivəsində AR Gənclər və idman Nazirliyi tərəfindən İƏT Baş Katibliyi və digər əlaqədar təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilərək İƏT tarixində ilk dəfə olaraq Gənclik sahəsində birgə Fəaliyyət planının hazırlanmasına nail olunub. Səfir daha sonra İƏT ölkələrində gəncliyin ən çoxsaylı və dinamik təbəqə olduğunu qeyd edərək, belə bir əməli planın həm gəncliyin rifahı, eyni zamanda müsəlman ölkələrinin sabitliyi və inkişafı baxımından zəruri və mühüm olduğunu bildirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Azərbaycanın qabaqcıl gənclik siyasətinin müxtəlif şaxələri haqqında iclas iştirakçılarına məlumat verən Elşad İskəndərov Gənclər Nazirlikləri konfransına sədrliyi müddətdə ölkəmizin əldə etdiyi təcrübə və naliyyətlərini qardaş ölkələrlə bölüşməyə hazır olduğunu deyib.

Daha sonra Planın müxtəlif sahələri üzrə keçirilən debatlar zamanı konkret təkliflər müzakirə edilərək planın layihəsi ümumilikdə qəbul edilmişdir. Plana əsasən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinə ev sahibliyi edən Azərbaycan, 2019-2020-ci illərdə İƏT Gəncliyinin inkişafına və İslam həmrəyliyinin gücləndirilməsinə yönəlik bir sıra tədbirə, o cümlədən bu ilin yazında İƏT ölkələri Gənc İş adamları və "Startup"lar Şəbəkəsinin Forumuna ev sahibliyi edəcəkdir.

Yusif Nəsirli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.