Siyasət

Səfir: "Çexiya şirkətləri Bakının ictimai nəqliyyat sisteminin genişləndirilməsində iştirak etməyə hazırdır"

13 Fevral 2019 18:10
Baxış: 235

Çexiya şirkətləri Bakının ictimai nəqliyyat sisteminin genişləndirilməsində iştirak etməyə hazırdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert deyib.

Səfir bildirib ki, söhbət həm yerüstü nəqliyyatdan, həm də metrodan gedir. M.Ekert əlavə edib ki, bir sıra Çexiya şirkətləri azərbaycanlı tərəfdaşları ilə birgə istehsalın təşkili imkanlarını nəzərdən keçirməyə hazırdır:

"Bu cür nümunələr az deyil. "Tatra" yük avtomobillərinin Gəncə avtomobil zavodunda istehsalını, "Moravia Steel" şirkətinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yenidən qurulmasında iştirakını xatırlatmaq olar".

Onun sözlərinə görə, həmçinin iki ölkə arasında müdafiə sahəsində birgə layihələr, Azərbaycanın Çexiya istehsalı olan L-39 təlim təyyarələri donanmasının modernləşdirilməsi layihəsi mövcuddur.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.