Siyasət

Vəkilliyə qəbul imtahanı ilə bağlı yeni qaydalar müəyyən edildi

12 Fevral 2019 14:37
Baxış: 649

Azərbaycanda vəkilliyə qəbul imtahanı ilə bağlı yeni qaydalar müəyyən edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda vəkil olmaq istəyən şəxslər yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin şəxslərə yenidən ixtisas imtahanında iştirak etmək imkanı veriləcək.

Layihədə qeyd olunub ki, vəkil olmaq istəyənlər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidirlər. Yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir.

İxtisas imtahanının ildə bir dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur. Digər dəyişiklik isə qanunun 24-cü (Vəkillər Kollegiyasının vəsaiti) maddəsində edilir.

Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul olunub.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.