Siyasət

Komitə sədri: "Əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək"

12 Fevral 2019 12:59
Baxış: 1 055

Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq sosial məqsədlərə xidmət edən sərəncamlar imzalanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, belə sərəncamlardan biri minimum əmək haqqının artırılması ilə bağlıdır: "Bu sərəncamla əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək. Bu, müstəqillik dövründə ilk belə addımdır və əməkhaqlarının artırılmasına imkan yaradacaq".

H.Rəcəbli bildirib ki, 2007-ci ildə yaşayış minimumu 67 manat olsa da, minimum əmək haqqı 50 manat idi: "Digər illərdə də belə fərqlər var idi. Lakin ölkə başçısının son sərəncamı ilə minimum əmək haqqı yaşayış minimumunu üstələdi. Azərbaycanda sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminə diqqət etsək, bu rəqəmlərin nə qədər böyük olduğunu görmək mümkündür. Şəhid ailələrinə verilən müavinət 58 manat artaraq 300 manata çatdırıldı".

Komitə sədri vurğulayıb ki, sərəncam əhalinin rifah halının yüksəldillməsi baxımından olduqca önəmli addımdır.

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.