Siyasət

Rusiya prezidentinin xüsusi nümayəndəsi Azərbaycana gəlir

11 Fevral 2019 18:31
Baxış: 676

Rusiya prezidentinin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Rusiya XİN-dən məlumat veriblər.

İ.Bratçikov Bakıda keçiriləcək Xəzərin hüquqi statusu barədə Konvensiyanın reallaşdırılması üzrə yüksək səviyyəli İşçi Qrupunun birinci iclasında iştirak edəcək.

Qeyd edək ki, İşçi Qrupunun birinci iclası fevralın 19-20-də keçiriləcək.

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.