Siyasət

BQXK: Qarabağ münaqişəsində 4500 nəfərdən artıq insan itkin düşüb, onların 80 faizi hərbçidir

7 Fevral 2019 12:54
0 Şərh     Baxış: 596

Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4500 nəfərdən artıq insan itkin düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyində keçirilən tədbirdə məlumat verilib.

Qeyd edilib ki, itkin düşənlər münaqişə tərəflərindən olan müxtəlif vətəndaşlığı olan şəxslərdir. Həmin şəxslərin 3800 nəfəri BQXK-nin Bakı nümayəndəliyi, qalanları isə Yerevan nümayəndəliyi və Dağlıq Qarabağ missiyası tərəfindən qeydiyyata alınıb.

Tədbirdə bildirilib ki, itkin düşənlərin 80 faizi hərbçilərdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.