Siyasət

Qulam İsaqzai: "Biznes sektoru gənclərin məşğulluğunun təmini sahəsinə öz töhfəsini verməlidir"

23 Yanvar 2019 13:32
Baxış: 662

Biznes sektoru gənclərin məşğulluğunun təmini sahəsinə öz töhfəsini verməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, cağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, özəl sektorlar öz ehtiyaclarını düzgün qurmalı və işçilər üçün düzgün şəraitin yaradılması, rəqabətliliyinin artırılması əsas hədəf olmalıdır.

Q.İsaqzai qeyd edib ki, əmək bazarında müəyyən dəyişikliklər edilməli, xarici investorlar və digər aidiyyəti qurumlar bir araya gəlməlidirlər: "Sosial partnyorlar müəyyən platforma yaratmalıdırlar. Azərbaycan dövləti öz öhdəliklərini yerinə yetirməklə dayanıqlı inkişafa nail olacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.