Siyasət

Yaqland azərbaycanlı məcburi köçkünlərin məsələsinin həll edilməməsini pisləyib

22 Yanvar 2019 21:18
1 Şərh     Baxış: 986

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxışı zamanı Ermənistanın işğalı altındakı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayondan olan azərbaycanlı məcburi köçkünlərin məsələsinin fövqəladə ciddi olduğunu bildirib.

Milli.Az "Report"a istinadən bildirir ki, T.Yaqland Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun Azərbaycanın işğal olunmuş ərazilərindən bir milyon məcburi köçkünün məsələsinə dair sualına cavab olaraq bu məsələnin bu günə kimi həll edilməməsini pisləyib.

O bildirib ki, azərbaycanlı məcburi köçkünlərin hələ də öz doğma yurd-yuvalarına qayıtmaması təəssüf doğurur

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.