Siyasət

Rumıniyalı parlamentari: "Mehman Hüseynovla bağlı qərar Avropa Parlamentinin bəzi üzvlərinin bəyanatlarının saxta olduğunu sübut edir"

22 Yanvar 2019 16:11
Baxış: 1 615

Avropa Parlamentinin (AP) Rumıniyadan olan üzvü, qurumun Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolai Azərbaycanın istintaq orqanları tərəfindən Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı alqışlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Belçikadakı səfirliyindən məlumat verilib.

N.Nikolai bu qərarın son günlərdə Avropa Parlamentinin bəzi üzvləri tərəfindən verilən bəyanatların saxta olduğunu sübut etdiyini və gələcəkdə AP üzvlərinin baş verən hər hansı hadisə haqqında ətraflı məlumatı etibarlı mənbələrdən əldə edəcəklərinə ümid bəslədiyini vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.