Siyasət

Səfir: "20 Yanvar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür"

20 Yanvar 2019 11:40
Baxış: 679

20 Yanvar tarixi Azərbaycanın müstəqilliyini qazanması yolunda əsaslı bir dönüş oldu.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın tarixində çox önəmli gündür: "Bu gün matəm günüdür. 1990-ci ilin bu günü bir çox qardaşlarımızı şəhid verdik. Dərdimiz böyükdür. Eyni zamanda bu, Azərbaycanın süverenlik tarixində önəmli gündür. Çünki 20 Yanvar tarixi Azərbaycanın müstəqilliyini qazanmasında əsaslı bir dönüş oldu".

Səfir qeyd edib ki, 20 Yanvar Milli qürur günüdür: "Bu qürür yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür. Biz də həmin gün şəhid olanlarımızı ehtiramla anırıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.