Siyasət

İstanbul metrosunda “Qanlı Yanvar” adlı fotosərgi təşkil olunub - FOTO

20 Yanvar 2019 09:45
1 Şərh     Baxış: 837

Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə İstanbulun "Yeni Qapı" metro qovşağının ən hərəkətli keçidində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar "Qanlı Yanvar" adlı fotosərgi təşkil olunub.

Milli.Az report-a istinadən bildirir ki, fotosərgi üç çıxış və üç giriş qapısı olan metro qovşağının mərkəzi keçidindədir.

İki gün davam edəcək sərginin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, konsulluq əməkdaşları, Türkiyənin öndəgedən media nümayəndələri iştirak edib.

Baş konsul Məsim Hacıyev "Report"a açıqlamasında bildirib ki, sərginin bu metro qovşağında təşkil olunmasında məqsəd 20 Yanvar faciəsini Türkiyə ictimaiyyəti ilə yanaşı, dünyaya da, tanıtmaqdır.

Metrodan istifadə edən sərnişinlər sərgidə nümayiş olunan fotoşəkilləri ürək ağrısıyla izləyiblər. Onlar 20 Yanvar faicəsini törədənləri hiddətlə qınayıb, dünyanı bu vəhşiliyi görməyə çağırıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.