Siyasət

Berndəki “Qarabağ” məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü yad edilib - FOTO

20 Yanvar 2019 09:36
Baxış: 656

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bern şəhərində fəaliyyət göstərən "Qarabağ" Azərbaycan məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü yad edilib və şagirdələrə Bakı şəhərində törədilmiş qanlı faciə ilə bağlı geniş məlumat verilərək, bu hadisələrin Azərbaycan xalqının müstəqillik uğrunda əzminin bariz nümunəsinin olması və Azərbaycanın suverenliyi naminə qəhramanlıq rəmzi kimi yaddaşlarda qalması qeyd edilib.

Milli.Az bildirir ki, ilk öncə, tarixə qisa ekskurs edilib və o zamanın qeyri-stabil dövrü barəsində məlumat verilib. 20 Yanvar hadisələri zamanı günahsız və silahsız insanların sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisənin Azərbaycan xalıqının ruhunu sındıra bilməməsi qeyd edilib. Şagirdlərə 20 Yanvar faciəsi ilə bağlı məlumatlatı özündə əks etdirən əyani-vəsaitlər təqdim edilib və şagirdlər bu mövzuda şerlər oxuyub.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilməsi bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.