Siyasət

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi: "Aksiyanın gedişində neqativ hallara rast gəlinməyib"

19 Yanvar 2019 20:32
Baxış: 903

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) bu gün saat 15:00 Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Məhsul stadionunda elan olunmuş icazəli aksiyada, ictimai nəzarəti həyata keçirmək məqsədi ilə müşahidə aparıb.

Milli.Az "Report"a istinadən bildirir ki, aksiya iştirakçılarının maneəsiz girişi və təhlükəsizliyi üçün tam şərait yaradılıb.

"Aksiyanın gedişində neqativ hallara rast gəlinməyib. Aksiya iştirakçıları öz şüarlarını sərbəst şəkildə səsləndiriblər. Elektrik enerjisinin verilişində və səsgücləndirici qurğuların işləməsində problem yaranmayıb. Polis və aksiya iştirakçıları arasında heç bir insident baş verməyib", - deyə məlumatda qeyd olunub.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.