Siyasət

“Avropa Parlamenti Azərbaycanı həddindən artıq sıxışdırır”

18 Yanvar 2019 10:18
Baxış: 1 260

Hesab edirəm ki, Avropa Parlamenti (AP) Azərbaycanı həddindən artıq sıxışdırır. 

Milli.Az xəbər verir ki, bu sözləri report-a açıqlamasında Avropa Parlamentinin üzvü Patrisiya Lalond üzv olduğu qurumda Azərbaycana qarşı baş tutan müzakirələrə münasibət bildirərkən deyib.

"Mən bir neçə dəfə Azərbaycana xüsusi olaraq qadın hüquqları ilə bağlı missiya tərkibində getmişəm. Bu zaman Azərbaycanın qadın hüquqları sahəsində necə səylər göstərdiyini görmüşəm. Bütün dəyərlərimizi olmasa da, Avropa İttifaqının bir sıra dəyərlərini, qadın hüquqları, radikal islamizmə qarşı mübarizəni, azlıqları müdafiə edən ölkələrə qarşı bu cür sərt olmaqda yanılırıq. Bakıya gedəndə məscidlərlə yanaşı, senaqoq, kilsə də görmək olur.

Əlbəttə ki, Azərbaycanda mətbuatla bağlı müəyyən problemlər var. Amma bəzən müxtəlif ölkələrdə radikal islamizmə qarşı mübarizə aparmaq üçün mətbuat azadlığına qoyulan məhdudiyyətləri başa düşmək olar. Əlbəttə ki, bu, bizim dəyərlərimizə zidd olduğu üçün mənfi qarşılanır. Biz bu problemdən uzağıq, hər halda bu günə kimi uzağıq. Heç həbs etməkdən danışmıram, sadəcə, hər hansısa bir jurnalisti susdurmağa çalışsaq, bu hal çox mənfi qarşılanacaq", - P. Lalond vurğulayıb. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.