Siyasət

"Rusiya ilə Azərbaycan ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir" - Polad Bülbüloğlu

17 Yanvar 2019 21:48
0 Şərh     Baxış: 722

Rusiya ilə Azərbaycan ikitərəfli əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "TASS"a müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib.

"Şübhəsiz ki, hər iki dövlət ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərindən irəli gələrək bütün məsələlərdə dialoqu daha da dərinləşdirmək, genişləndirmək əzmindədir. Bununla bağlı dövlətlərimizin başçıları İlham Əliyevlə Vladimir Putin arasındakı şəxsi təmasların və etimada söykənən münasibətlərin da hərtərəfli əməkdaşlıq üçün möhkəm və əlverişli təməl yaradaraq hər cür mürəkkəb məsələlərin öhdəsindən gəlməyə kömək etdiyini əminliklə söyləmək olar. Odur ki, ölkələrimiz arsında dəf edilməsi mümkün olmayan hər hansı çətinlik yoxdur", - deyə diplomat bildirib. O, iki ölkə arasındakı hazırkı münasibətləri strateji olaraq dəyərləndirməyin mümkünlüyünü dilə gətirib.

Daha əvvəl səfir bildirib ki, Azərbaycan bu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addımlar atılacağına ümidvardır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.