Siyasət

Zakir Həsənov iki gündə ikinci dəfə İran ordusunun Baş Qərargah rəisi ilə görüşüb - FOTO

17 Yanvar 2019 14:05
0 Şərh     Baxış: 1 098

Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 17-də Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüşdə iki gün ərzində işçi qruplarda aparılan danışıqların nəticələri müzakirə edilib və hərbi əməkdaşlığın digər istiqamətlərində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb.

Tərəflər icra edilən tədbirləri yüksək qiymətləndirərək bu cür qarşılıqlı səfərlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.