Siyasət

Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqlənib

16 Yanvar 2019 21:53
Baxış: 887

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, eyni zamanda dövlət başçısı "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında" Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Hər iki sənəd 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.