Siyasət

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başladı - YENİLƏNİB - FOTO

16 Yanvar 2019 14:28
Baxış: 2 089

14:28

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və erməni həmkarı v.i.e. Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Milli.Az-ın Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edirlər.

Görüş Fransanın paytaxtı Parisdə keçirilir.

----------
09:37

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş keçiriləcək.

Milli.Az xəbər verir ki, nazirlər Fransa paytaxtı Parisdə bir araya gələcəklər.

Danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Xatırladaq ki, yanvarın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.