Siyasət

Yaponiya sahillərində Koreya qayığı saxlanıldı

13 Yanvar 2019 13:10
0 Şərh     Baxış: 242

Yaponiya sərhədçiləri bazar günü KXDR-dən üzüb gəldiyi ehtimal edilən 15 metrlik qayıqda olan iki balıqçını saxlayıblar.

Milli.Az Report-a istinadən xəbər verir ki, gəmi Honsyu adasının Aomori prefekturasının Fukaura şəhəri sahilindən 1,5 km məsafədə aşkar edilib.

Bildirilir ki, şxun Yaponiyanın sahil mühafizə gəmisi tərəfindən yedəyə alınıb.

Balıqçıların öz ölkələrinə qayıtmaq istədikləri bildirilir. Hazırda onların deportasiya edilməsi məsələsinə baxılır.

Milli.Az 

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.