Siyasət

Cəbhədən XƏBƏR VAR

12 Yanvar 2019 10:23
1 Şərh     Baxış: 398

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Yanvar 10:3150

    Gün o gün olsun ki , qurtarsin dava, daqilsin buludlar açilsin hava ! O gün olsun cebheden ates yox cal caqir xeberleri esidek.Amin Allahim Ya Rebbim Sen Meleyimin qardasin ve bütün Azerbaycanimin esgerlerin qoru ! Dualar esqine Allah sizleri qorusun Amin ! Canim esgerler bütün dualarimmmm sizinlediii Bütün dualarimmmm heppp sizinledi !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.