Siyasət

Türkmənistanda “kommunal cənnət”in sonu - Siyasətdən uzaq türkmənlər necə yaşayırlar?

12 Yanvar 2019 22:05
0 Şərh     Baxış: 1 648

Respublika prezidenti məhsuldarlığı artırmaq üçün əcdadların əkinçilik haqda qanadlı deyimləri məcmuəsini təcili şəkildə hazırlamağı əmr edib. Bununla yanaşı, hökumət iddia edir ki, ölkədə aclıq yoxdur, əvəzində ixrac edilməsi mümkün olan "artıq" kənd təsərrüfatı məhsulları var.

Prezident Qurbanqulı Berdımuhəmmədov icra hakimiyyətinin builki ilk toplantısının gedişində göstəriş verib ki, kənd təsərrüfatının islahatı çərçivəsində əkinçiliyə aid atalar sözləri, məsəllər və qanadlı deyimlər məcmuəsi hazırlansın.

Milli.Az strateq.az-a istinadən bildirir ki, respublikanın dövlət agentliyinin xəbər verdiyi kimi, prezident açıqlayıb ki, sahənin əsas vəzifələri buğda və pambığın məhsuldarlığını yüksəltməkdir. Əlbəttə, torpaqların meliorasiyasının yaxşılaşdırılmasından da söhbət gedib, bu zaman isə əcdadların tarixi kənd təsərrüfatı sınaqlarını öyrənmədən və bunu quraqlıq  şəraitində əkinçiliyin aparılmasının özəlliklərini əks etdirən atalar sözləri və məsəllər kimi bir yerə yığmadan ötüşmək heç cür mümkün deyil. O, belə bir "lüğət"in hazırlanmasını Türkmənistan Kənd Təsərrüfatı Universitetinin boynuna qoyub.

Berdımuhəmmədovun ən müxtəlif mövzularda yazıçılıq şövqündən aşağıda danışılacaq. Burada isə qeyd edək ki, rəsmi məlumatlara görə, respublikada kəskin ehtiyac duyulan ilkin tələbat ərzaqları - un, şəkər, bitki yağı və sairənin idxalı 27,5% azalıb. Hökumət süd məhsullarının, demək olar, 60%, ət və kolbasa məmulatlarının 40% və s.-nin daşınmasının aşağı düşməsinin məhz hansı dövrdə baş verdiyini dəqiqləşdirmir.  Yalnız rəqəmlər gətirilir. Amma yerli məhsulun ixracatı artır - Berdımuhəmmədovun izah etdiyi kimi, "ölkədə istehsal edilən ərzaq mallarının artıqlığı hesabına". Hətta prezident yeni satış bazarları aramağı buyurub.

Ümumiyyətlə, Türkmənistanda acları doyurmayıblar, amma əvəzində tamaşa və belə deyək, ruhsal qidalarla doydurublar. Özəlliklə də Aşqabaddakı küknar Mərkəzi Asiya dövlətlərində ən ucası idi - 39 metr (Bəzəkli Yeni il ağacı nəzərdə tutulur - red.). Daşkənddə 35, Düşənbədə 28 metrdə dayanıblar. Amma, bax, Bişkek və tox Astana "simiclik" edib - orada haradasa cəmi 25 metr hündürlüyündə baş küknar qoyublar.

Yazıçılıqdan söz düşmüşkən. Başqa hansı bir respublika təkcə küknarın uzunluğuyla deyil, həm də hələ mahnılara mətn də yazan prezidentin özünün tərtib etdiyi nağıllar kitabından personajlarla bəzədilməsiylə qürrələnə bilər! O, Yeni ildə respublika əhalisini musiqisini nəvəsi yazdığı belə mahnılardan biriylə təbrik edib! Özü də o, üç dildə - türkmən, ingilis və almanca səslənib.

Yada salaq ki, Berdımuhəmmədov həmçinin atalar sözləri, məsəlləri və onun fikrincə, türkmən xalqının "ruh dünyası və özülü"nü əks etdirən xeyli - qırxa yaxın kitab çap etdirib, bunları hətta məktəblərdə də öyrənirlər.

Yeri gəlmişkən, məktəblər barədə. "Azatlık" radiosunun məlumaıtna görə, bu günlərdə burada Türkmənistan prezidentinin portretlərini dəyişdirməyə başlayıblar - yeni təsvirdə qaraqaş-qaragöz adamın gicgahlarına dən düşüb. Müəllimlərin özləri yeni portetin "üzərinə atılırlar". Amma bütün "büdcədən yeyənlər" - nazirliklərin, idarələrin əməkdaşları, tibbi personal və başqaları da belə etməli olurlar. Pedaqoqlar da qış tətillərində uşaqları "daimi" ekskursiyalara öz hesablarına aparmağa borcludurlar.

Respublikada əvvəllər pulsuz olan qaz, elektrik enerjisi və suyun verilməsinin praktik ləğvi ilə də bağlı türkmənlərin gözlənilməz xərcləri meydana çıxıb. Amma "böyük müsibət" Yeni ildə baş verib - əhalini öz hesabına qaz sayğacı tipli uyğun ölçü cihazları quraşdırmağa məcbur edəndə. Sayğac qoymamısan, gərəkli arayış və sənədləri almayacaqsan. Ümumiyyətlə, arayış almaqdan ötrü cihazların olduğu haqda arayış gətirmək lazımdır. Əks halda, işıqsız, istisiz və susuz qalarsan. Amma cərimələr olacaq. Respublikada, özəlliklə də əyalətlərdə ölçü cihazları artıq qıtdır.

Ümumiyyətlə, türkmənlərin 1992-ci ildən bəri qürur duyduqları "kommunal cənnət" 2019-cu ildə dönməzcəsinə yoxa çıxıb. Hər şey isə ona görədir ki, əhali "çox yaxşı yaşamağa" başlayıb və kommunal xərcləri ödəmək onun üçün müşkül deyil. Yeri gəlmişkən, bunun ona neçəyə oturacağı hələlik bilinmir. Amma tariflər hər necə olur-olsun, işsizliyin yüsksək səviyyəsi və cüzi maaş şəraitində sadə adamın pul kisəsi daha bərk "arıqlayacaq". Qeyd edək ki, söhbət təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yer tutan, miqdarına görə ikinci qaz yataqlarının sahibi olan ölkədən gedir.

Türkmənistan paytaxtı Aşqabad ağ mərmərdən binaların ən böyük sayına görə Ginnesin Rekordlar Kitabına düşüb - bunlar altı yüzə yaxın idi. İndi kəcdən  - Berdı Muhəmmədovun sevimli rəngi - ağ binalar daha çoxdur. Hökumət hətta bütün avtomobilləri bu rəngə boyamağı əmr edib. Türkmənistanın şəhərlərində isə təmizlik idealdır, cah-cəlallı saraylar qalaq-qalaqdır. Və hökuməti tənqid etmək heç olmaz - ancaq mətbəxdə pıçıltıyla. Sovetsonrası məkanın ən qapalı ölkəsində istənilən narazılığa görə səsin mütləq həbsxanadan gələr. Əvəzində mənzərə nə qədərdir! Düzdür, çörək və din daxil olmaqla adi azadlıqlar yoxdur. Məsələn, polis məscidə tez-tez baş çəkənləri, iş yerində namaz qılanları və ümumiyyətlə, dini mövzuda söhbətləşənləri sorğuya tutur. "Qatı möminlər"ə xəbərdarlıq edirlər: məsciddə və ya hər harada olur-olsun, namaz qılmayın. Əks halda, onlar işlərini itirirlər. Bu "dünyəvi" dövlətdə dini azadlığa Konstitusiya və beynəlxalq öhdəliklərlə zəmanət verilib, amma necəsə qəribədir.

Ümumiyyətlə, çağdaş dildə deyilsə, Türkmənistan "yandırır". Amma təkcə o deyil. "Ozodi" radiosu xəbər verir ki, az "mürtəce" Tacikistanda altmış yaşdan cavan kişilər saqqalını qırxmasa, xarici pasport ala bilmirlər. Xarici pasport möminlərə Məkkə və Mədinəni ziyarət etmək üçün gərəkdir. DİN-də inandırırlar ki, saqqalla bağlı problem yoxdur, amma o, hökmən "təmiz, qalın və səliqəli" olmalıdır.

Habelə yada salaq ki, üzdə bitən tük problemi daha "dünyəvi" Qazaxıstanda da var. Yəni saqqal, daha doğrusu, "görünüşü" eynilə qısa şalvar kimi "destruktiv dini axınlar" üçün səciyyəvi atribut sayılır. Qazaxıstanda hətta qanuni və qanunsuz saqqallara "örnək" hazırlayıblar. Əlbəttə, özəlliklə də Əfqanıstana yaxınlığı üzündən Mərkəzi Asiyada "destruktiv dini axınlar" deyilən problem var və təbii, bu bölgənin bütün respublikalarının hökumətləri narahatdır. Amma saqqala, namaza, məscidə tez-tez baş çəkməyə (vaxtaşırı necə olmalıdır?) və s.-ə yasaq problemi həll edə bilməz, amma möminlərin hüquqlarını, dini ekstremizmi törədən və qidalandıran dini dözümsüzlüyü pozmağa transformasiya oluna bilər. Özəlliklə də uyğun elmi və dini maarifçiliyin  olmadığı, lətifəvari yasaqların var olduğu, habelə Türkmənistan  və Tacikistan əhalisinin böyük çoxluğunun ifrat yoxsulluğu şəraitində.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.