Siyasət

Britaniyalı politoloq: "Paşinyan Dağlıq Qarabağ münaqişəsində status-kvonu qoruyub saxlamağa çalışacaq"

11 Yanvar 2019 18:07
Baxış: 454

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsində status-kvonu qoruyub saxlamağa çalışacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu britaniyalı politoloq, Şərqi Avropa və Qafqaz regionu məsələləri üzrə mütəxəssis Tomas de Vaal "Caucasus Watch" nəşrinə müsahibəsində deyib.

Politoloq bildirib ki, Ermənistanın yeni hökuməti tərəfindən, ən azı yaxın zamanlarda, böyük dəyişikliklər gözləmir:

"Paşinyan yalnız status-kvonu qoruyub saxlamağa hazırlaşır və bu, böyük ehtimalla, Azərbaycanın ürəyincə deyil. Azərbaycan indiki status-kvonun saxlanmasının tərəfdarı deyil. Amma təəssüf ki, mənim fikrimcə, Ermənistanın yeni rəhbərliyi bunu istəyir".

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışan Tomas de Vaal bildirib ki, bu münaqişə çətin həll olunandır və tez bir zamanda nizamlana bilməz.

Ekspert əlavə edib ki, bu münaqişənin nizamlanması üçün çox zəif beynəlxalq mexanizm mövcuddur:

"6 ATƏT müşahidəçisindən ibarət monitorinq missiyası, eləcə də münaqişənin nizamlanmasında vasitəçi olmağa çalışan həmsədrlik formatında Minsk qrupu var. Ona görə də hər şey hər iki ölkənin liderlərinin iradəsindən və qərar qəbul etməsindən asılıdır".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.