Siyasət

"Azərbaycan İslam mədəniyyətinin qorunmasında fundamental rol oynayıb"

11 Yanvar 2019 09:42
Baxış: 395

Azərbaycan İslam mədəniyyətinin, etnik irsin və yerli memarlığın qorunmasında fundamental rol oynayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu qlobal siyasət və trans-Atlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teysin "Eurasia Review" nəşrindəki məqaləsində yazılıb.

Müəllif qeyd edib ki, gözəl landşaftlar, heyrətamiz mədəni irs obyektləri və unikal İslam mədəniyyəti obyektləri Azərbaycanın bütün iri şəhər və rayonlarında əsas diqqətəlayiq yerlərdir.

Amerikalı ekspert öz məqaləsində, əsasən, Qazax və Naxçıvan Muxtar Respublikasının xüsusiyyətlərindən danışır:

"Qazax Norveç və Danimarka kral saraylarını bəzəyən xalçaları ilə məşhurdur. Qazax xalçaları, həmçinin Amerika, Avropa və Asiyanın muzeylərində, o cümlədən Ermitaj, Metropoliten muzeyi (Nyu York), Berlin muzeyi, Budapeşt muzeylərində sərgilənir".

Daha sonra məqalədə Naxçıvandan danışan P.Teys bildirib ki, bu bölgədə onu və həmkarlarını Əlincə qalası, Nuhun türbəsi, İlandağ və digər diqqətəlayiq yerlər heyrətləndirib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.