Siyasət

NED Azərbaycana ayırdığı milyonları kimə verir?

10 Yanvar 2019 22:53
Baxış: 650

Fransa başda olmaqla Avropa dövlətlərində insan huquq və azadlıqlarının məhdudlaşdırılması istiqamətində atılan addımları beynəlxalq təşkilatlar da görməzdən gəlirlər.

Polis zorakılığını susqunluqla qarşılayan Milli Demokratiya Fondu (NED) kimi təşkilatlar isə əksinə, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə aranı qarışdırmağa çalışırlar. Bu məqsədlə çəkinmədən milyonlarla dollar vəsait xəcləyirlər. Hesabatlarında isə ayrılan vəsaitlərin ünvanı göstərilmir.

Bəs xaricdən Azərbaycana göndərilən qrantlar kimə və hansı məqsədlər üçün ayrılır?

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, beynəlxalq təşkilatların hesabatlarına nəzər salanda, bəzi məqamlar üzə çıxır. Məsələn, ABŞ mərkəzli Milli Demokratiya Fondu NED-in 2011-2015-ci illərdə ayırdığı qrantlar ünvanlı olsa da, 2016-cı ildən sonra NED, vəsaitlərin kimə, yaxud hansı təşkilata ayırdığını açıqlamayıb. 2017-ci ildə NED-in "Azərbaycana ayırdığı" qrantların bir hissəsi "siyasi məhbus"larla bağlıdır. Həm də çox maraqlı başlıqlarla təqdim edilib: "Azərbaycanda "siyasi məhbus"ların nüfuzunun artırılması. "Siyasi məhbus"larla bağlı materialların hazırlanaraq təqdim edilməsi və Avropada təbliğat tədbirlərinin həyata keçirilməsi". Bununla bağlı 123 695 ABŞ dolları qrant ayrılıb.

NED-in ayırdığı vəsaitlərin əhəmiyyətli hissəsi isə azərbaycanlı tərəfdaşların vətəndaşları siyasi proseslərə cəlb etməsi üçün nəzərdə tutulub. Burada çox güman ki, söhbət radikal siyasi qruplardan gedir. Bu istiqamətə ayrılan vəsait 165 000 təşkil etsə də, əslində, daha çoxdur. Çünki "gənclərin internetə cəlb edilməsi", "gənclərin ictimai həyatda iştirakının mükafatlandırılması" adı altında təxminən 400 min dollar vəsait ayrılıb.

Sosial şəbəkələrdəki sapı özümüzdən olan trollar və mediadakı nüfuz müvəkkilləri də diqqətdən qaçmayıb. "informasiya saytı", "onlayn xəbər portalı", "müstəqil medianın dəstəklənməsi" adı altında Azərbaycana qarşı informasiya təxribatının aparılmasına ümumilikdə 385 822 ABŞ dolları vəsait xərclənib. Bu vəsaitlərin müqabilində tələb olunanlar da çox maraqlıdır. Azərbaycana qarşı informasiya təxribatının körüklənməsinə daha çox insanın cəlb edilməsi.

NED-in "qrant" bölgüsündə "Azərbaycanlı tərəfdaşların dəstəklənməsi" adı altında daha bir maraqlı məqam diqqəti cəlb edir. Qeyd olunur ki, "vətəndaşları siyasi proseslərə cəlb edən Azərbaycanlı tərəfdaşların müdafiəsi, onların daxili şəbəkələrinin genişləndirilməsi prosesinə yardım göstəriləcək. Vətəndaşların proseslərə cəlb edilməsi işində onlara rəqəmsal təhlükəsizlik sahəsində yeni rəqəmsal vasitələrlə dəstək veriləcək".

Ekspertlər hesab edir ki, yeni rəqəmsal vasitələrlə dəstək birmənalı qarşılanmamalıdır. Çünki bu işdə trolların sayının artırılması üçün xüsusi proqramlar, gizli əlaqə üçün mobil tətbiqlər və casus avadanlıqlarından istifadə istisna edilmir.

Onu da xatırladaq ki, NED, 2017-ci ildə Azərbaycana qarşı təxribatları genişləndirmək üçün 1 milyon 31 min 681 ABŞ dollar vəsait ayırıb. Bu isə təxminən 1 milyon 800 min manat deməkdir. Bu, hesabatına nəzər saldığımız belə təşkilatlardan sadəcə biridir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.