Siyasət

Azərbaycanlı sülməramlılar Cənubi Sudana yollanacaq

9 Yanvar 2019 20:42
0 Şərh     Baxış: 893

Azərbaycan hərbçiləri sülhməramlı missiyada iştirak etmək üçün yanvar ayının sonunadək Cənubi Sudana yola düşəcəklər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı məlumat verib.

"Azərbaycanlı sülməramlılar yanvar ayının sonunadək Cənubi Sudana göndəriləcəklər. Hazırda onların yola salınmasına hazırlıq prosesi başa çatmaq üzrədir", - o, "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.

Azərbaycan parlamenti 2018-ci il noyabrın 30-da azərbaycanlı sülhməramlıların BMT-nin mandatı altında Cənubi Sudanda beynəlxalq missiyada iştirak etməsinə razılıq verib. Azərbaycan sülhməramlı qüvvələrin tərkibində 4 hərbçi - 3 zabit və 1 müşahidəçi ilə təmsil olunacaq.

Onu da qeyd edək ki, hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu (6 zabit daxil olmaqla) NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək" missiyasında iştirak edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.