Siyasət

Ermənistan gözləmə vəziyyətindədir

9 Yanvar 2019 16:43
1 Şərh     Baxış: 564

Çoxları Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsini böyük inqilab kimi qələmə verirlər. Ancaq bu doğru deyil.

Milli.Az xəbər verir ki, bunu politoloq Fikrət Sadıxov "Cənubi Qafqaz" politoloqlar klubunun 60-cı iclasında çıxış edərkən deyib.

Politoloq bildirib ki, Ermənistan hakimiyyətinin çürük və zəif olması asanlıqla devrilməsinə imkan yaratdı: "Hazırkı Ermənistanın vəziyyəti heç də yaxşı deyil. Yeni hakimiyyət ölkənin xarici siyasətini formalaşdıra bilmir. Bu ölkə gözləmə vəziyyətindədir. Biz bu vəziyyətdən istifadə edərək həm diplomatik, həm də digər məqamlarda gücümüzü nümayiş etdirməliyik. Onu da qeyd edim ki, ötən ilin sonunda Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə qərarı diplomatik uğurumuz idi. Bundan sonra da biz diplomatik sahədə addımlarımızı davam etdirməliyik".

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ibrehim · 9 Yanvar 17:2400

    Bəs biz goresən kimi gozleyirik?..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.