Siyasət

Ermənilər Azərbaycan sərhədini atəşə tutdular - Ekskavator snayperin hədəfində - FOTO

7 Yanvar 2019 15:30
1 Şərh     Baxış: 1 765

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən Milli.Az-a verilən məlumata görə, yanvarın əvvəlindən indiyədək DSX-nin Sərhəd Qoşunlarının "Qazax" sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.

06 yanvar tarixində saat 15:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlı-ğındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı "SVD" snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhədi xəttindən 450 m məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatorun çalovuna dəyib və kabinasının sağ şüşəsini sındırıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.  

Zabit Əsgərov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.