Siyasət

Cəbhədən XƏBƏR VAR

7 Yanvar 2019 09:50
2 Şərh     Baxış: 432

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

Bu barədə Milli.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əsrik Cırdaxan, Ağbulaq, Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Şirvanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Melek b · 7 Yanvar 10:0150

    TANRI SIZLERI QORUSUN AZƏRBAYCAN ESGERI AMIN

    Cavab yaz
  • Anonim
    Milliye · 9 Yanvar 19:4100

    Salam milli az.sizden bir xahisim var.ceyranbatanda bir EV var.iki usaq tek yasayir.ata rehmete gedib.ana atib gedib yaydan beri.isiqlari qazlari yox buz kimi evde yiuesiz.hec Kim baxmir.onlari tapin verin haqlarinda melumat belke yiye Duran hec oomasa sosiyal yardim duzelderler.yaziqdirlar.soyuqdan usaqlar gomgoyduler .bir deri bir sumuk qaliblar xahus edirik.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.