Siyasət

Cəbhədən YENİ XƏBƏR

5 Yanvar 2019 09:48
4 Şərh     Baxış: 545

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Melek b · 5 Yanvar 13:4440

    TANRI SIZLERI QORUSUN AZƏRBAYCAN ƏSGƏRİ AMIN

    Cavab yaz
  • Anonim
    Melek b · 5 Yanvar 14:5520

    EBRU CANIM BIR DAHA TƏBRİKLER (**)♥♥♥♥♥♥♥♥

    Cavab yaz
    • Anonim
      ♥️Ebru♥️ · 5 Yanvar 16:4430

      Salam Meleyim cox saq ol canim gozel qiz❤️Uzurlu say gec baxdim biraz bas qarisiqdir:))Allah komeyin olsun hemise eziz olasan.Kaski yaxinimda olardiz qonaqim olardiz quluqunuzda durardim seve seve:))(*******)❤️❤️

      Cavab yaz
      • Anonim
        melek b · 5 Yanvar 21:0900

        |(*******) (*******) (*******) cox saq ol canim bacim

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.