"İlk dəfə deyil ki, "The Guardian" qəzeti dövlətimizə, Azərbaycan Prezidenti və ailəsinə qarşı böhtan xarakterli məqalə dərc edir. Belə yazılar adətən Azərbaycanda mühüm ictimai-siyasi, iqtisadi və mədəni hadisələrin baş verdiyi zaman kəsiyində, yaxud ölkəmizdə dünyanın diqqətini cəlb edə biləcək hər hansı bir önəmli tədbir keçiriləndə kütləvi və ardıcıl xarakter alır. Məqsəd isə aydındır: "The Guardian" qəzetini idarə edən şəbəkənin, siyasiləşmiş maliyyə qruplarının korporativ və geosiyasi amillərdən qaynaqlanan maraqları, Azərbaycan Prezidentinin bölgə xalqlarına bu və ya digər şəkildə ziyan vura, sabitliyə və təhlükəsizliyə təhdid yarada biləcək bütün ssenarilərə qətiyyətlə "yox" demək cəsarəti, milli maraqlara söykənən strateji hədəflərdən bir addım da geri çəkilməmək qətiyyəti, dövlətin və xalqın mənafeyini ön planda tutması və bütün bu məsələlərlə bağlı güzəştsiz siyasət yürütməsidir".
Bu barədə Milli.Az-a açıqlamasında tanınmış jurnalist və siyasi analitik, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Böyük Britaniyanın "The Guardian" nəşrində Azərbaycan Respublikası Prezidentinin ailə üzvləri ilə bağlı yayılmış materialla bağlı fikirlərini bölüşərkən bildirib.
Azərbaycana qarşı çirkin şantaj - Təzyiqlə məqsədlərinə çatmağa çalışırlar
E.Mirzəbəylinin qənaətincə, bu qəzetin siması onun simasızlığındadır: "The Guardian"ın yayımladığı məqalələr arasında ön sırada qondarma erməni soyqırımı ilə bağlı təbliğat xarakterli yazılar dayanır. Bu isə adıçəkilən nəşrin haradan qidalandığını açıq şəkildə göstərir. Digər tərəfdən, bir zamanlar Ermənistanın sabiq prezidenti, hərbi cinayətkar Serj Sarqsyanın idarəçiliyi ilə keçirilən seçkiləri və referendumu az qala dünyanın ən demokratik siyasi hadisələri kimi dəyərləndirən "The Guardian" indi həmin o Sarqsyanı hakimiyyətdən qovan, seçkilərin nəticəsini saxtalaşdırmaqda suçlayan Nikol Paşinyanı tərənnüm edir. Budur "The Guardian"ın gerçək siması!"
İlkin İzzət
Milli.Az