Siyasət

Parlamentlərarası İttifaqın 5-ci Qlobal Konfransı başa çatdı

15 Dekabr 2018 19:23
0 Şərh     Baxış: 1 039

Dekabrın 15-də Bakıda Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işini başa çatdırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, konfransın bağlanış sessiyasında yekun sənədin təqdimatı olub.

Təqdimat zamanı Milli Məclisin (MM) deputatı Şahin İsmayilov deyib ki, münaqişələrə son qoymaq lazımdır, çünki münaqişə zonalarında təhsillə məşğul olmaq imkanı məhdud olur.

Onun sözlərinə görə, gələcək nəsillər naminə hüquq və maraqların qorunması və təşviq edilməsi hər kəsin məqsədinə çevrilməlidir.

O, alternativ enerjidən istifadə etmək üçün yaxşı qanunların qəbul edilməsinin vacibliyinə toxunub.

Konfrans çərçivəsində davamlı inkişaf məqsədlərinə çatmaq üçün müzakirələrin aparıldığını deyən deputat bu istiqamətdə səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Həmçinin biomüxtəlifliyin qorunması, tullantıların idarə olunması, təkrar emalı kimi məsələləri qeyd edib.

Parlamentlərarası İttifaqın Gənclər Forumunun sədri Mourine Osoru Bakının bu konfransa ev sahibliyi etməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

O, bildirib ki, təhsil hamı üçün əlçatan, pulsuz olmalıdır.

M. Osoru, həmçinin təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Bununla da Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı başa çatıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.