Siyasət

Prezident İlham Əliyev Bəhreyn kralını və Qazaxıstan prezidentini təbrik edib

15 Dekabr 2018 16:25
Baxış: 1 133

Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: 

"Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələri daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram".

X X X

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: 

"Hörmətli Nursultan Abişeviç,

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Qazaxıstan müstəqillik illərində hərtərəfli və sabit inkişaf yolu ilə irəliləyərək dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi tərəqqisi, xalqın rifahının yaxşılaşdırılması sahəsində mühüm uğurlar qazanmışdır. Ölkəniz beynəlxalq və regional təşkilatlarda fəal rola və nüfuza malikdir.

Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı bundan sonra da ortaq tarixi köklərə, milli, mənəvi dəyərlərə malik xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Hörmətli Nursultan Abişeviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.