Siyasət

Lukaşenko və Putin Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdı

14 Dekabr 2018 18:09
Baxış: 3 385

"Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Belarusun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təkliflərini qəbul etməyib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya mətbuat nümayəndələri ilə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus prezidenti bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinlə birgə S.Sarkisyana Qarabağ ətrafındakı 5 rayonu azad etməyi təklif edib:

"Amma o dedi ki, əgər mən rayonları qaytarsam, onlar Qarabağa gedən yolu kəsəcək və sairə. Biz Putinlə vəd etdik ki, buna imkan verməyəcəyik və qoşun yeridəcəyik. O dedi ki, biz bunu istəmirik, buna razı olmayacağıq".

A.Lukaşenko əlavə edib ki, bu mövqe onu təəccübləndirib:

"Bu, birinci addımdır. Onda həm Azərbaycan, həm Ermənistan KTMT-də, Avrasiya İqtisadi İttifaqında yer alacaqdı. Azərbaycan bu şərtlərlə bu təşkilatlara qoşula bilərdi. Niyə imtina etdiniz?"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.