Siyasət

Nazir müavini: "Bolqarıstan QDİƏT-də Azərbaycanın işini davam etdirəcək"

14 Dekabr 2018 15:16
Baxış: 1 751

"Azərbaycanın işini davam etdirəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu QDİƏT Xarici işlər nazirləri Şurasının 39-cu iclası ilə bağlı mətbuat konfransında Bolqarıstanın xarici işlər nazirinin müavini Emiliya Kraleva deyib.

O bildirib ki, QDİƏT regionun inkişafına xidmət edir:

"Bizim bütün fəaliyyət sahələrini, o cümlədən ticarət sahəsini əhatə edən 20-dən çox işçi qrupumuz var. Təşkilat öz işinin səmərəliliyini artırmağa çalışacaq".

E.Kraleva qeyd edib ki, Azərbaycanın təşkilatda sədrliyi məhsuldar keçir.

O əlavə edib ki, QDİƏT layihələrin reallaşdırılmasına yönəlmiş təşkilat kimi qalmalıdır.

Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən QDİƏT-də sədrlik Bolqarıstana keçir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.